Türk lirəsində ucuzlaşma sürətləndi – Banklarda dollar 22 lirədən baha satılır

Türk lirəsində ucuzlaşma sürətləndi – Banklarda dollar 22 lirədən baha satılır

Türkiyənin xarici ticarətində rekord kəsirin qeydə alınması dollar/lirə kursunun yüksəlməsinə səbəb olur. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelində xarici ticarətdə yaranan kəsirin məbləği 42,1 faiz artaraq 6,147 milyard dollardan 8,738 milyard dollara yüksəlib. Yanvar-aprel ayları ərzində isə ticarət kəsiri 33 faiz artaraq 32,7 milyard dollardan 43,444 milyard dollara çatıb. Mövcud kəsirin məbləği Türkiyə üçün rekord göstərici hesab olunur. Belə böyük kəsirin yaranması ixracın azalması, əvəzində isə idxalın artması hesabına baş verib. Türkiyənin 4 aylıq ixracı 3 faiz azalaraq 80,87 milyard dollara düşüb, idxal 7,1 faiz artaraq 124,3 milyard dollara çatıb. 


İdxalın artması hesabına ixracın idxalı ödəmə nisbəti də kiçilib. Ötən ilin ilk 4 ayında ixrac idxalın 72 faizi qədərində olduğu halda, bu il 65 faizinə bərabər olub. 
Türkiyənin xarici ticarətində yaranan acınacaqlı vəziyyət milli valyuta olan lirəni dəyərsizləşdirir. Türkiyə Mərkəzi Bankında dollar/lirə kursu 20,4-ə yüksəlib. Amma kommersiya banklarında vəziyyət tam fərqlidir. Türkiyənin ən böyük kommersiya bankı olan “YapıKredi”də dollar almaq istəyənlər 22,24 lirə ödəməlidir. Bu banka dollarını satmaq istəyənlər isə 20,38 lirə alacaqlar. 


Alışla satış arasında 9-10 faiz fərqin olduğu görünür. Məzənnədə fərqin bu qədər böyük olmasının səbəbi bazarlarda lirənin ucuzlaşacağına dair gözləntinin yüksək olması ilə bağlıdır. Böyük ehtimalla xarici ticarətdə kəsir böyüdükcə lirə ucuzlaşacaq və tezliklə dollar/lirə kursu 21, sonra 22 və daha yüksək səviyyəyə çatacaq. 
Lirənin ucuzlaşması Türkiyədə bahalaşmanı bir qədər də gücləndirəcək və əhalinin alıcılıq qabiliyyəti daha da zəifləyəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...