Kiyevin Moskvanı hədəf almasının səbəbi nədir? - Ukrayna rəsmisi AÇIQLADI

Kiyevin Moskvanı hədəf almasının səbəbi nədir? - Ukrayna rəsmisi AÇIQLADI

Bu gün səhər tezdən Rusiyanın paytaxtı Moskva şəhəri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi hücumda 8 PUA-nın iştirak etdiyini bildirib, mətbuatda isə 10-25 PUA-nın hücum etməsi barədə məlumat yayılıb. Nazirlik iddia edib ki, beş PUA "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, daha üçü isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. Açıqlamada hücuma Ukraynanın məsuliyyət daşıdığı bildirilir.  Kiyevdən hücum barədə hələlik açıqlama verilməyib.

 

Sfera.az bildirir ki, bu barədə adının açıqlanmasını istəməyən yüksək rütbəli Ukrayna rəsmisi “Financial Times” qəzetinə açıqlama verib.

 

"Hər şey uğurlu psixoloji hücumla başlayır. Hücumlar Rusiyanın mənəviyyatına zərbə vurmaq və onları sərhəd boyu qoşunları yenidən yerləşdirməyə məcbur etmək üçün nəzərdə tutulub", - o qeyd edib.

 

“Financial Times” qəzetinin analitikləri isə bildirib ki, sözügedən hücumların köməyi ilə Kiyev genişmiqyaslı hücumu ərəfəsində Moskvanı çaşdırmaq istəyir:

 

“Moskvaya hücum, Belqorod vilayətindəki döyüşlər və Qara dənizdə “İvan Xurs” gəmisinə qayıqların hücumu – bütün bunlar standart hərbi manevrlərin bir hissəsi olan sözdə formalaşma əməliyyatlarıdır”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR