"Şagird və tələbələrin "Azərkosmos ASC"-yə səfəri təşkil edilməlidir" - Millət vəkili

Orta məktəb şagirdləri və tələbələrin "Azərkosmos ASC"-nin binasına səfəri təşkil edilməlidir.


Sfera.az xəbər verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev çıxış edib.

 

Deputat  “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bu addımla gənclərin sözügedən istiqamətə marağının artırılmalı olduğunu qeyd edib.

 

R.Nurullayev eyni zamanda, Milli Məclisin deputatlarının da Azərkosomosa səfərinin təşkil edilməli olduğunu deyib:

 

"Bilmirəm bizim üçün belə bir qadağa var, ya yox, lakin mən təklif edərdim ki, deputatlar da "Azərkosmos"un binasına səfər etsin, görülən işlərlə tanış olsun".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR