Zahid Oruc Ərdoğanın qələbəsindən danışdı

Zahid Oruc Ərdoğanın qələbəsindən danışdı

"On illərdir hakimiyyət zirvəsində olan liderə verilən 27 milyondan artıq səs həm də xalqın mənəvi-siyasi iradəsinin ifadəsi idi".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib. Millət vəkili qlobal medianın təbliğatının iflasa uğradığını bildirib:

 

"İkinci tur qarşısında türk xalqını düzgün seçim etməzlərsə, iqtisadi tənəzzüllə, qaçqın seli ilə terror təşkilatları ilə təhdid edənlər də məğlub oldular. Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı”.

 

Millət vəkili Türkiyədəki prezident seçkilərinin müəyyən kəsimlərə ciddi mənada təsir etdiyini diqqətə çatdırıb:

 

“Əgər Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıbsa, Fransa və NATO ölkələri Cənubi Qafqaza hərbi qüvvə yeritməyə çalışırsa, Əliyevlə Ərdoğanın Zəfər kursu davam etməlidir. Seçkinin nətiəsi Türkiyə müxalifətinə özünü yaxın sayan, “orada hakimiyyət dəyişərsə, bizə də fürsət açılar” deyən radikal dini-siyasi qüvvələrə də böyük zərbə oldu”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR