Ən zəngin rusiyalıların varisləri kimlərdir? – Onların arasında 2 azərbaycanlı var

Ən zəngin rusiyalıların varisləri kimlərdir? – Onların arasında 2 azərbaycanlı var

“Forbes” jurnalı rusiyalı milyarderlərin ən zəngin varislərinin adını açıqlayıb.


Sfera.az xəbər verir ki, Rusiyanın ən varlı varisi “LUKoil” şirkətinin yaradıcısı Vahid Ələkbərovun oğlu Yuzuf Ələkbərovdur. Ona qalacaq miras 20,5 milyard dollardır. 


Siyahıda ikinci yerdə “EuroChem” şirkətinin yaradıcısı Andrey Melniçenkonun övladları Tara və Adrianadır. Onların ataları Rusiyanın ən varlı adamıdır. Melniçenkonun sərvəti 25,2 milyard dollar qiymətləndirilir. Bu sərvət 2 nəfər arasında bölündüyündən hər birinə 12,6 milyard dollar pay düşəcək. 


Üçüncü yerdə NOVATEK və “Sibur” şirkətlərinin sahibi Leonid Mixelsonun qızı Viktoriya və oğludur (ad göstərilmir). Mixelsonun övladlarının hər birinin payı 10,8 milyard dollardır. 


Onların ardınca Dmitri, Yuri və Anastasiya Lisin gəlir. Bu 3 nəfərin atası NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisindir. Lisinin övladlarının hər biri 7,35 milyard dolların mirascılarıdır. 


Ural Mədən-Metallurgiya Şirkətinin (UMMC) təsisçisi İsgəndər Mahmudovun oğlu Cahangir Mahmudov ən varlı mirasçılar arasında 21-ci yerdədir. Cahangirə 7,3 milyard dollar miras qalır. 


Vasif


OXŞAR XƏBƏRLƏR