Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişdi

Siyasət
12:06 / 30.05.2023
4168
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişdirilib.
Sfera.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb.
Mazkirlərdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi təklif edilib.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev idi.
Əzizə Zeynal