Dünya çempionatının ilk qalibləri bəlli oldu - FOTOLAR

Dünya çempionatının ilk qalibləri bəlli oldu - FOTOLAR

Bakıda keçirilən taekvondo dünya çempionatının ilk qalibləri bəlli olub.

 

Sfera.az xəbər verir ki, çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar.

 

Kişilərin yarışında Böyük Britaniya təmsilçisi Bredli Sinden finalda Koreya Respublikasından olan taekvondoçu Ho-Jun Jinə qalib gələrək ikiqat dünya çempionu olub. Bürünc medalları isə özbəkistanlı Uluqbek Raşitov və İran idmançısı Matin Rezaei qazanıblar.

 

Azərbaycan təmsilçisi Cavad Ağayev mübarizəni 1/16 final mərhələsində dayandırıb.

 

Qadınların mübarizəsində isə 17 yaşlı Luana Marton dünya çempionu olub. Macarıstan idmançısı həlledici görüşdə Çia-linq Lonu (Çin Taypeyi) məğlub edib. Türk Hatice Kübra İlgün və braziliyalı Maria Klara Paçeko çempionatı üçüncü pillədə başa vurublar.

 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

 

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

 

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

 

 

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...