Yollarda görmə məsafəsi məhdudlaşacaq

Cəmiyyət
21:06 / 29.05.2023
5762
Sabah ölkənin bəzi yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Sfera.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mayın 30-da dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının ayrı-ayrı hissələrində görünüş məsafəsinin 700-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.