Mədəniyyət Nazirliyi nekroloq yaydı

Mədəniyyət Nazirliyi nekroloq yaydı

Mədəniyyət Nazirliyi Əməkdart artist Elxan Qasımovun vəfatı ilə bağlı nekroloq yayıb.

 

Sfera.az xəbər verir ki, nekroloqda deyilir:

 

“Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. 

 

Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.

 

Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb.


Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.

 

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

 

Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.

 

Allah rəhmət eləsin”.


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...