Tornado turistlərin olduğu bir əyləncə gəmisini batırdı - Ölənlər var

Tornado turistlərin olduğu bir əyləncə gəmisini batırdı - Ölənlər var

İtaliyanın şimalındakı Maggiore gölündə güclü tufan nəticəsində əcnəbi turistlərin olduğu əyləncə gəmisini su basıb. Təəssüf ki, hadisə nəticəsində 4 nəfər həlak olub.
 

Sfera.az bildirir ki, ötən gün axşam saatlarında bir qrup əcnəbi turistin ad günü qeyd etmək üçün icarəyə götürdüyü əyləncə gəmisində insident baş verib. Gəmidə ikisi ekipaj üzvü də daxil olmaqla 24 nəfər olub.
 

Bu zaman suyun üzərində güclü küləklə birlikdə tufan başlayıb. Nəticədə tornado yaranıb - qayıq Arona və Sesto Kalende bələdiyyələri arasındakı ərazidə çevrilib və batıb. Hadisə nəticəsində 4 nəfər ölüb, qalan sərnişinlər isə xilas edilib.


İnsanların bir qismini hadisənin şahidi olan digər qayıqlar dərhal götürüb, qalanları isə özləri sahilə üzə biliblər. Xilasedicilər dalğıclar və helikopterin cəlb olunduğu aktiv axtarış işlərinə başlayıblar.
 

Əlverişsiz hava şəraiti və qaranlıq əməliyyatı çətinləşdirib. Bütün çətinliklərə baxmayaraq, xilasedicilər qəza nəticəsində 4 nəfərin öldüyünü müəyyən edə biliblər. Təhlükəsizliyin təmin edilməsi və zərərçəkənlərə yardımın göstərilməsi istiqamətində xilasedicilərin işi davam edir.


Aynil
Sfera..az

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...