Cennifer Lopez və qızı keçmiş həyat yoldaşının evində görüntüləndi

Cennifer Lopez və qızı keçmiş həyat yoldaşının evində görüntüləndi

Amerikalı müğənni və aktrisa Cennifer Lopez əri Ben Afflekin keçmiş həyat yoldaşı Cennifer Qarnerlə görüşüb.
 

Sfera.az bildirir ki, J’Lo qızı Emme ilə Qarnerin evinin yaxınlığında görüntülənib.
 

Uşaqların xatirinə Ben Afflekin keçmiş və indiki həyat yoldaşları dostluq münasibətləri saxlamağa çalışırlar.
 

Lopez öz qızını anaları ilə qalan ərinin uşaqlarının yanına gətirib: 17 yaşlı Serafina, 14 yaşlı Violet və 11 yaşlı Samuel. Keçmiş və indiki Cennifer uşaqlar üçün dostluq münasibətləri saxlamağa çalışırlar, buna görə də tez-tez görüşürlər. Keçən həftə Qarner, Lopez və Afflek Serafinanın məktəb oyununda iştirak ediblər.
 

Cennifer yeniyetmə dostluqlarını "emosional keçid" kimi təsvir edib.


Müğənni "Birlikdə köçdük. Uşaqlar birlikdə yaşamağa başladılar. Bu, bir növ emosional keçid idi, amma eyni zamanda, bütün arzularımız gerçəkləşdi" deyib.
 

Lopez həmçinin Qarneri yaxşı ana olduğunu vurğulayaraq, Benlə birlikdə yaxşı övladlar böyütdükləri üçün onu tərifləyib.
 

Ben özü də əvvəllər keçmiş həyat yoldaşına heyran olduğunu və ömrünün sonuna qədər onunla yaxşı münasibətdə olmaqdan məmnunluq hiss edəcəyini etiraf edib.
 

"Biri ilə övladlarınız olanda, onlarla əbədi olaraq bağlı olursunuz. Mən çox şanslıyam ki, o, övladlarımın anasıdır. Evliliyimiz nəticə vermədi və bu çətindir. İkimiz də həqiqətən bunun üçün vacib olduğunu düşünürük. Uşaqlar valideynlərin bir yerdə yaşamasa belə bir-birlərinə necə hörmət etdiklərini görsünlər. Yşaqlarımın Cenifferə hörmət etdiyimi və qayğı göstərdiyimi bilməsi vacibdir və o da mənə eyni şəkildə yanaşır”.
 

Daha əvvəl isə Afflek Qarneri təhqir edib, onunla evli qalsa, içkidən əl çəkməyəcəyini demişdi.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident Zəngəzur dəhlizindən danışdı

“Biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər ...

Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir – FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir.   Sfera.az bildirir ki, səfər çərçivəsin...

“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına - Prezidentdən cavab

Xəbər verdiyimiz kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III ...

Millət vəkilləri Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir – FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir.    Sfera.az xəbər verir ki, səfər ç...

Azərbaycan qənd istehsalını artırıb - Rəqəmlər

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 163,9 min ton şəkər və qənd istehsal edilib.   Sfera.az "Report"a istinadən xəbər veri...

“Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq” - Prezident

“İşğal dövründə sepatçılar burada bir bina tikmişdilər. Onlar onu “parlament” adlandırırdılar”.   Sfera.az "Qafqazinfo&q...