"Sədərək"də qanunsuz dini ədəbiyyatlar aşkarlandı - FOTO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) hüquq-mühafizə orqanları ilə birgə "Sədərək" Ticarət Mərkəzində dini təyinatlı ədəbiyyatların və əşyaların satışı ilə məşğul olan 6 mağazada monitorinq keçirib.

Sfera.az bildirir ki, komitənin sədr müavini Səyavuş Heydərov Trend-ə deyib ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyəti, həmin ədəbiyyatların istehsalı və satışı, eləcə də onların nəzarət markası ilə markalanması üzrə qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyən etdirilməsindən ibarət olunub.

S.Heydərov bildirib ki, həyata keçirilən reyd zamanı bəzi mağazaların dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı, bəzi mağazalarda satılan dini təyinatlı ədəbiyyat nümunələrinin nəzarət markası ilə markalanmadığı, eləcə də həmin mağazaların ətrafında dini atributların asıldığı aşkar edilib:

"Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. Hazırda aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir".


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...