Prezident və xanımı taekvondo üzrə dünya çempionatının açılış mərasimində - FOTOLAR

Prezident və xanımı taekvondo üzrə dünya çempionatının açılış mərasimində - FOTOLAR

Bakıda keçirilən  taekvondo üzrə 26-cı dünya çempionatını Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva da izləyib.

 

Sfera.az xəbər verir ki, Kristal Zala gələn dövlət başçısı və xanımı yarış iştirakçıları və qonaqlarla salamlaşıblar. 

 

Qeyd edək ki, yarışlar iyunun 4-nə qədər davam edəcək.  Dünya çempionatında müxtəlif ölkələrdən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparacaq.

 

Beynəlxalq yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaq. 

 

Orxan

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR