Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Milli.Az "Şərq qapısı" qəzetinə istinadən xəbər verir ki, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.

Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onu Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib. Blokada şəraitində yaşayan Naxçıvanda iqtisadi inkişafın, sabitliyin, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.

Kerol Meri Krofts göstərilən xoş münasibətə görə minnətdarlıq edib, muxtar respublika haqqında ətraflı məlumata malik olduğunu və görülən işlərin məmnunluq doğurduğunu bildirib. Siyasi və iqtisadi cəhətdən Naxçıvanın əhəmiyyətini qeyd edən səfir əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə b...

Daha bir tiktoker azadlığa buraxıldı

Ötən ilin dekabrında həbs edilən tiktoker Elvin Abdullazadə azadlığa buraxılıb.   Sfera.az istinadən xəbər verir ki, onun vəkili Pəhlivan Aslanov tik...

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü -Madonnanı qabaqladı

Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərində konsert verib. O, qadın musiqiçilər arasında tamaşaçı sayına görə rekorda imza atıb.   Bu barədə Ginn...