“Moskva görüşü mövqeləri yaxınlaşdırmağa imkan verdi" - Mixail Qaluzin

“Moskva görüşü mövqeləri yaxınlaşdırmağa imkan verdi

"Moskvada aparılan danışıqlar tərəflərin qarşılıqlı anlaşmasını yaxşılaşdırmağa, bir sıra məsələlər üzrə mövqeləri yaxınlaşdırmağa imkan verdi".

 

Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması yalnız nizamlanmanın bütün istiqamətləri üzrə tərəflərin əldə etdiyi irəliləyişdən asılıdır.

 

“Bu məqsədlər üçün biz bundan sonra da İrəvana və Bakıya bacardığımız qədər dəstək verəcəyik. Ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh razılaşmalarının əldə olunmasına imkan yaradacaq”, - Qaluzin bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın dəstəyinə nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və ictimai əlaqələrin inkişafı yolu ilə etimadın gücləndirilməsi də daxildir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...