Bakıda özünü qatarın altına atmaq istəyən qız xilas edildi
İntihar cəhdlərinin sayı günbəgün artır.
Bəzən ən gülməli səbəblər radikal addıma təkan olur. Amma gənclərin bəzilərinin yaşamaq istəməyib, uçuruma addımladıqları heç də gülməli deyil.
Oktyabrın 19-da metronun "Gənclik" stansiyasında saat 14:00 radələrində bir qız özünü qatarın altına atmaq istəyib, amma "Bakı Metropoliteni" polisinin əməkdaşları intihar cəhdinin qarşısını alıblar.
Sfera.az sputnik-ə istinadən bildirir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən xəbər veriblər.
Araşdırma nəticəsində məlum olub ki, qız nakam məhəbbəti nəticəsində intihar etmək istəyib. O, Şahin adlı gəncdən ayrılıb. Qızın kimliyi müəyyənləşdirilib. O, 1992-ci il təvəllüdlüGülümbar M. adlı Bakı sakinidir. Polis əməkdaşları qızın atası ilə əlaqə saxlayıblar və onu atasına təhvil veriblər.
"İşin materiallarını prokurorluğa vermişik. Bir ay öncə "Bakı Metropoliteni"ndə anoloji hadisə baş vermişdi. Sevdiyi oğlanın tərk etdiyi qız özünü qatarın altına atmaq istəmişdi, amma polislər mane olmuşdular", - polis əməkdaşları bildirib.
Bununla yanaşı, polislər istehza ilə bəzən cinayətkarları yaxalamaq və asayişi qorumaqdan başqa, belə könül məsələlərini də həll etməli olduqlarından danışıblar.
"Öz bədbəxt həyatından şikayətlənən qızlar bir neçə bağlama salfet verməli oldular və "hər şey keçər" deyə təsəlli etməli olublar".
Asayiş keşikçilərinin iş günü bax belə keçir...