İsrail çoxcəbhəli müharibəyə hazırlaşır – Əsas hücumlar havadan olacaq

İsrail çoxcəbhəli müharibəyə hazırlaşır – Əsas hücumlar havadan olacaq

İsrail Qəzzadan, Livandan, Suriyadan və hətta İraqdan gələcək raket hücumlarına qarşı çoxcəbhəli müharibəyə hazırlaşır. Hücumlara İranın dəstəklədiyi silahlı qruplaşmaların da qoşulacağı ehtimal edilir.


Sfera.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü polkovnik-leytenant Riçard Heçt “The Telegraph” nəşrinin əməkdaşı ilə söhbəti zamanı bildirib. 


O deyib ki, hücum ehtimalı və onun kordinasiya edilməsi İrandan asılıdır. “İran yəhudi dövlətinə kordinasiyalı raket hücumu planları hazırlaya bilər”, - deyən polkovnik-leytenant bunu İsrailin nüvə proqramına görə İrana mümkün hücumunun qarşısını almaq məqsədi daşıyacağı ehtimalını səsləndirib.


Onun sözlərinə görə İsrailə qarşı real hücumlar havadan olacaq: “İsrailin regionda yerləşən düşmənləri Livan və ya Qəzzadan atılan raketlərlə Qüds və Təl-Əvivi vura bilər, hətta raketlər İsrailin cənubunda yerləşən Eylat turizm kurortuna çata bilər. Hücumların havadan olması ehtimalı hava hücumundan müdafiə sistemlərinin səmərəliliyinin artırılmasını zəruri edir.


Son illərdə İsrailə qarşı hava hücumlarında pilotsuz uçuş aparatlarından da istifadə edilməyə başlanılıb. Bu ilin aprelində, Ramazan ayında İranın dəstəklədiyi İraq milis qrupu "Əl-Nucəbə" İsraili pilotsuz təyyarələrlə təhdid edən qeyri-adi video yayımlayıb. Suriyadakı İranın dəstəklədiyi qüvvələr də polis basqınlarının videolarına cavab olaraq aprel ayında İsrailin ələ keçirdiyi Qolan Təpələrinə raket hücumları edib.İndi İsrail ordusu üçün ən pis ssenari İranın başçılıq etdiyi total hava hücumunun həyata keçirilməsi ehtimalıdır”. 


Polkovnik-leytenant deyir ki, ehtimal olunan bu hücumda əsas risk hava hücumundan müdafiə sistemlərinin hücumları tam dəf edə bilməməsi olacaq:

 

“Onlar bilirlər ki, bizi adi döyüş meydanında məğlub edə bilməyəcəklər. Buna görə də daha çox sayda raketlə hücuma səy göstərirlər. Biz hava hücumundan müdafiə sistemimizi inkişaf etdirdikcə, düşmənlərimiz də hədəfi daha dəqiq vuran raketlərin hazırlanmasına və ya əldə edilməsinə sərmayə qoyur. Onlar hava hücumundan müdafiə sistemimizi dəlmək üçün çox sərmayə qoyurlar”.

 

İsrail ordusunun rəsmisi söyləyib ki, İran istehsalı olan pilotsuz uçuş aparatları İsraili getdikcə daha çox narahat edir: “Tehran onları Ukrayna şəhərlərində istifadə üçün Rusiya qüvvələrinə göndərməyə davam edir. Bunun müqabilində isə Moskva Tehranı İsrailə hücum etmək üçün istifadə oluna biləcək qabaqcıl SU-35 qırıcı təyyarələri ilə təmin edir”. 

 

İsrailin hava hücumundan müdafiəsini alt-üst etmək cəhdlərinin uğurlu olub-olmayacağına gəlincə, polkovnik-leytenantın cavabı “bu, ssenaridən asılıdır” şəklində olub:

 

"İsrailli təhlükəsizlik mütəxəssisləri, ordunun lazerlər də daxil olmaqla yeni hava hücumundan müdafiə üsullarını sınaqdan keçirir. Yeni texnoloji imkanlar bu cür hücumların dəf edilməsinə inamı artırır”.


İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş elmi işçisi Yehoşua Kaliski isə bir qədər fərqli düşünür. Onun sözlərinə görə bir raketlə həyata keçirilən hücum da çox təhlükəlidir: “Bizi mühasirəyə alıblar. Onlar çox dəqiq, uzun və orta mənzilli raketlərlə yaxşı təchiz olunublar. Bu, real təhlükədir. Təhlükəni artıran digər amil onların kəmiyyət baxımından da böyüklüyüdür".

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...