Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalana bilər - ŞƏRH

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalana bilər - ŞƏRH

Prezident İlham Əliyev dünən Laçın rayonunun sakinləri ilə görüşündə çox mühüm mesajlar verib. O bildirib ki, artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı ciddi maneə qalmayıb. Dövlət başçısı əminliyini ifadə edib ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. 

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu günlərdə sülh müqaviləsinin yaxın gələcəkdə imzalanmasına dair iddialar səslənib:

 

“Kremlin sözçüsü Dmitri Peskov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu barədə bəyanatlar veriblər.  Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçirilən görüşündə müqavilənin imzalanması gözləniləndir. Əlbəttə, bu, sadəcə ehtimalıdır, müqavilə imzalanmaya da bilər. Hərçənd artıq regionda maraqlı olan bütün tərəflər başa düşür ki, sülh müqaviləsi qaçılmazdır və bunun alternativi yoxdur. Hamı bilir ki, rəsmi Bakı öz iradəsi nəticəsində maraqlarını təmin etməyə qadirdir”.

 

Müsahibimiz deyib ki,  Ermənistan iddia edildiyi kimi  iyunun 1- də sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, onda gərək həmin vaxtadək hərbi- siyasi təxribatları olmasın:

 

“Eyni zamanda revanşist bəyanatlar verilməsin. Çünki bu kimi addımlar ancaq pozuculuq xarakteri daşıyır və İrəvanın səmimiliyini ciddi şübhə altına salır. Beləliklə, iyunun 1-də sülh müqaviləsinin imzalanması sadəcə iddiadır. Düşünürəm ki, bundan əvvəl daha bir neçə razılaşmanın əldə olunması da mümkündür. Lakin bütün hallarda sülh müqaviləsi artıq "bişib"”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...