Sezen Aksu səs verdi, möhürü qaytarmağı unutdu

Sezen Aksu səs verdi, möhürü qaytarmağı unutdu

Türkiyədə keçirilən prezident seçkilərinin 2-ci turunda məşhurlar da fəal iştirak edib.

 

Sfera.az xəbər verir ki, seçki məntəqəsinə gələn müğənni Sezen Aksu kuryozla üzləşib.

 

Sezen Aksu ikinci tur prezident seçkiləri üçün Beykozdakı seçki məntəqəsinə gəlib.

 

Müğənni səs verdikdən sonra möhürü seçki məntəqəsinə təhvil verməyi unudub. Yalnız ona xəbərdarlıq edildikdən sonra o, möhürü geri qaytarıb.


OXŞAR XƏBƏRLƏR