Bütün həyatını düşərgədə keçirəcək - 2 yaşlı uşaq ömürlük həbs cəzasına məhkum edilib

Bütün həyatını düşərgədə keçirəcək - 2 yaşlı uşaq ömürlük həbs cəzasına məhkum edilib

Şimali Koreyada 2 yaşlı uşaq və onun valideynləri ömürlük həbs cəzasına məhkum edilib.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında bəhs edilir.


Uşaq və onun bütün ailəsi ömürlərinin sonuna qədər həbs düşərgəsində qalacaqlar.


ABŞ Dövlət Departamentinin hesabatına görə, xristian valideynlərinin evində İncil tapılandan sonra iki yaşlı da ailəsi ilə birlikdə həbs edilib.
 

Qeyd olunur ki, Şimali Koreyada xristianlar təqib edilir, onlara işgəncə verilir, həbs edilir və öldürülür. Şimali Koreyalıların xristian olduqları üçün öldürülməsi ilə bağlı bir neçə hadisə də hesabata daxil edilib. Xüsusilə, 2011-ci ildə Şimali Koreyada bir qadın və nəvəsi dini inanclarına görə güllələnib. Bəziləri yuxusuzluqla işgəncələrə məruz qalıblar, xüsusən də bir qadın tək kamerada. O, 2020-ci ildə mühafizəçilər onun yatmasına icazə vermədikdən sonra intihar edib.


Bəzi möminlər “göyərçin işgəncəsi” adlanan hadisəni, əlləri arxadan bağlanmış və günlərlə otura və ayaq üstə dura bilməyəcək şəkildə asıldıqlarını təsvir etmişlər.
 

İşgəncələrə məruz qalan kişi:
 

"Bu, bütün işgəncələrin ən ağrılısı idi. O qədər ağrılı idi ki, ölməyin daha yaxşı olduğunu hiss etdim" -
deyib.
 

Hesabatda bildirilir ki, bir neçə Şimali Koreyalı xristianlar öz imanlarını uşaqlarından gizlədirlər, çünki ölkədə uşaqlar valideynlərinin evində hər hansı dini əlaməti barədə müəllimlərinə məlumat verməyə təşviq olunurlar.
 

Rəsmi olaraq Konstitusiyaya əsasən Şimali Koreya öz vətəndaşlarına din azadlığına zəmanət verir və rejim buna sübut kimi Pxenyanda tikilmiş kilsələri göstərir. ABŞ Dövlət Departamentinin hesabatında isə bir adamın ifadəsi yer alır ki, insanlar yalnız kilsənin yaxınlığında bir az daha çox qaldıqlarına və ya sadəcə onların yanından maşınla keçdiklərinə görə həbs oluna bilərlər.
 

Şimali Koreyada şamanizm ardıcılları 3 ildən məcburi əmək düşərgəsində, xristianlar isə edam olunmaqla və ya 15 ildən ömürlük həbslə cəzalandırıla bilər. Cəza həmçinin məhkumun yaxın qohumlarının 3 nəslinə də şamil edilir.
 

Xatırladaq ki, təkcə Kim Çen In rejimi dövründə 70 minə yaxın xristian inanclarına görə həbs edilib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...