Cəlilabad sakini qətlə yetirildi - Saxlanılan var

Cəlilabad sakini qətlə yetirildi - Saxlanılan var

Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən, həmkəndlisi 1991-ci təvəllüdlü Aslanov Rəşad Aydın oğlu saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. O, könüllü polisə təslim olub.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR