Bakıda avtomobil yandıran şəxs tutuldu
Cəmiyyət
13:47 / 27.05.2023
4185
Bakıda avtomobilin üzərinə benzin tökərək yandıran şəxs saxlanılıb.
Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.