AQTİ-nin İdarə Heyətinin tərkibi genişləndirildi

AQTİ-nin İdarə Heyətinin tərkibi genişləndirildi

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) nəzarəti həyata keçirən İdarə Heyətinin tərkibi genişləndirilib.

 

Sfera.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Qərara dəyişikliklə İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 5 nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarət olacaq.

 

Nizamnamənin əvvəlki variantı isə belə olub: "İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir".


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...