Makron Avropanı müdafiə etməkdən imtina edir – “Telegraph”

Makron Avropanı müdafiə etməkdən imtina edir – “Telegraph”

“Fransa Avropanı müdafiə etməkdən imtina edib”.

 

Sfera.az bildirir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Qeyd olunub ki, Fransanın Milli Assambleyası gələn həftənin sonuna qədər müzakirə və düzəlişlər edəcəyi yeni “Loi de Programmation Militaire”, yəni 2024-2030-cu illər hərbi büdcəsi fərqli olacaq.  Məlumata görə, büdcədə növbəti altı il üçün nominal 40 faiz artımla 413 milyard avro vəsait nəzərdə tutulur.

 

Nəşr bildirib ki, qanun nəhayət, uzun müddətdir gözlənilən yeni silahları təmin edəcək. “Yeni nüvə enerjisi ilə işləyən təyyarədaşıyıcı, praktiki olaraq yarandığı gündən texniki problemlərlə üzləşən 30 yaşlı “Şarl de Qollu”nu əvəz edəcək. Beş milyard avro isə dronlara xərclənəcək. Həmçinin daha çox hərbi peyklər, kiber müharibə üçün nəzərdə tutulan silahlar olacaq”.

 

Bildirilib ki, yeni qanunla daha az tank, daha az təyyarə müəyyən olunub və bu da prezident Emmanuel Makronun Avropadakı müharibədən heç bir hərbi dərs almadığını göstərir: “Sanki Fransa dünənki müharibəyə hazırlaşır. Çatdırılma tarixlərinə baxın - yeni daşıyıcı üçün ən erkən vaxt 2035-ci ildir. Və ya köhnə hədəf 185 ikən, indi 137 “Rafale” döyüş təyyarəsi; 50 yerinə 35 “Airbus A400M” ağır nəqliyyat təyyarəsi; əvvəlki 200 hədəf əvəzinə, yalnız 160 “Leclerc” tankı nəzərdə tutulur.  Respublikaçı və Sosialist deputatlar da qanun layihəsinin real seçimlərinə etiraz ediblər. Fransa həmişə özünü bütün altı qitədə əraziləri olan bir “dünya gücü” kimi qiymətləndirib. Amma indi hökumət kosmos, kiber və okeanlara müdafiə xərclərini artırsa da, hazırda Avropanın şərq cinahının taleyini həll edən münaqişəyə daha az avadanlıq və hərbi sursat ayırır. Bununla da Fransa NATO müttəfiqlərinə borc vermək üçün kifayət qədər tank və təyyarəyə malik olmağı qeyri-mümkün edir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...