“Britaniya qoşunları Putinə sübut edəcək ki..” – Estoniyalı nazirdən AÇIQLAMA

“Britaniya qoşunları Putinə sübut edəcək ki..” – Estoniyalı nazirdən AÇIQLAMA

“Britaniya qoşunları birlikdə fəaliyyət göstərə bilmək üçün Estoniyanın ordusu, hava hücumundan müdafiəsi və ağır silahlarının necə işlədiyini öyrənir”.

 

Sfera.az “The Telegraph”a istinadən bildirir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas deyib. O, fikirlərini bu cür davam etdirib:

 

“Ordudan eşitdiklərimə görə, vəziyyət hər gün daha da yaxşılaşır. Mənim üçün ölkəmizi ilk dəqiqələrdən müdafiə etməyi bacarmağımız vacibdir. Ona görə də NATO-nun planları praktikada işləməlidir. Görürəm ki, bu mümkündür.  Əgər rəqibimiz də bunu bilirsə, deməli, bu, onların hücum etmək iradəsini zəiflədir. Çünki onlar burada qalib gələ bilməyəcəklərinin fərqindədirlər”.

 

Baş nazir nəşrə açıqlamasında keçənilki Münhen Təhlükəsizlik Konfransında şam yeməyi zamanı Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı qorxularından da danışıb:

 

“Vacib bir müttəfiqin kəşfiyyat xidmətinin rəhbəri  bu fikirləri rədd etdi. O, “Rusiya Ukraynaya hücum etməyəcək”, deyə söylədi.  Mən isə qarşılığında “ümid edirəm ki, haqlısınız, çünki biz bunu başqa cür görürük və hazırlaşırıq”, deyə bildirdim”.

 

Nəşr xatırladıb ki, Estoniya 1940-cı ildə Sovet İttifaqı tərəfindən ilhaq edilib və yalnız 1991-ci ildə azad olunub. “Məhz bu işğala görə Kaja Kallas Britaniya qoşunları və NATO-nun digər müttəfiqlərinin Estoniyanın ərazisində məşq etməli olduğunu düşünür. Kallas fikirlərini bu cür ifadə edib:

 

“Tarix bizə nəyin doğru, nəyin yanlış olduğunu çox aydın şəkildə öyrətdi. Deyirlər ki, azadlığı ancaq səndən alınanda anlaya bilərsən. Mən azad olmayan nəsildənəm, lakin indi bu, belə deyil.  Başa düşürəm ki, azadlıq uğrunda mübarizə aparmaq lazımdır”.

 

Kallas həmçinin,  bu müddət ərzində Estoniya torpağında törədilən vəhşiliklərdən, elitaların öldürülməsindən, dil və mədəniyyətin sıxışdırılmasından tutmuş mülki şəxslərin kütləvi surətdə deportasiyasına qədər, hələ ki, məlum olmayan proseslərdən danışıb:

 

“Buna görə də Ukraynada nə baş verdiyi və bunu dayandırmaq üçün nə etməli olduğumuz bizə aydındır. Rusiya və ordusunun çoxlu itki verdiyi, gücü olmadığı barədə fikirlər diqqəti yayındırır. Onların fasiləsi, sülh müqaviləsi ancaq Kremlin maraqlarına xidmət edir. Rusiya böyük bir ölkədir, biz uzun müddətdir bu işin içindəyik və müdafiəmiz üçün hər şeyi etməliyik”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...