5 yaşlı uşaq evdən 2400 km aralıda tapıldı

5 yaşlı uşaq evdən 2400 km aralıda tapıldı

Adı açıqlanmayan 5 yaşlı uşaq Hollandiyanın Maastrixt küçələrində təkbaşına gəzərkən tapılıb. O, polisə Türkiyədən olduğunu və fevral ayında baş verən dəhşətli zəlzələ zamanı evini itirdiyini bildirib.



Sfera.az bildirir ki, Hollandiya polisi oğlanın böyük şəhərdə tək tapıldığını, onun yalnız türkcə danışdığını bildirib. Polis onu şirniyyat dükanına, daha sonra polis bölməsinə aparıb, ona yemək və dondurma veriblər.



Oğlan türk əsilli polislə danışıb və əslən Türkiyədən olduğunu deyib. Uşaq valideynlərinin hələ də Türkiyədə olduğunu bildirib. Onun sözlərinə görə, zəlzələ zamanı zərər çəkiblər.


Uşaq sosial işçilərin himayəsinə verilib, hazırda sığınacaqdadır.
 

Yerli media bildirir ki, hazırda oğlanın Hollandiyaya necə düşdüyü bəlli deyil. Türkiyənin Haaqadakı səfirliyi bu məsələ ilə bağlı əlavə məlumat almaq üçün Hollandiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
 

"Görünür ki, uşaq holland deyil, çünki o, yalnız türkcə danışır. Uşağı türk əsilli polislə danışmağa məcbur ediblər. Bu zaman, bizə zəng etməli olduqları halda, Hollandiya sosial xidmətinə məlumat veriblər"-deyə Türkiyə səfirliyinin əməkdaşı Hollandiya hakimiyyətinə şikayət edib.
 

Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra yaradılan “Afət Uşaqları” vətəndaş koordinasiya qrupu daha əvvəl təbii fəlakətdən sonra baş verən uşaq alveri ilə bağlı ciddi narahatlığını ifadə etmişdi.
 

Xatırladaq ki, fevralın 6-da Türkiyə və Suriyada baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində təkcə Türkiyədə 50 mindən çox insan həlak olub, 100 mindən çox insan yaralanıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baş nazir qərar imzaladı

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və daşınmaz abidələrin pasportunun nümunəvi forması təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barə...

Ançelotti bir il müddətinə azadlıqdan məhrum edildi

“Real Madrid”in keçmiş baş məşqçisi Karlo Ançelotti vergi fırıldaqçılığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəb...

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...