Gəncədə yağışlı hava qəzaya səbəb olub, ölən var

Hadisə
22:30 / 26.05.2023
6645
Gəncədə yağışlı hava ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.
Sfera.az-ın məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun 1 kilometrində qeydə alınıb.
Hərəkətdə olan “Prado” ilə VAZ markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.