Təcili: Serbiya ordusunun Kosovo ilə sərhədə irəlilədiyini təsdiqlədi - Bölgədə baş verənlər

Təcili: Serbiya ordusunun Kosovo ilə sərhədə irəlilədiyini təsdiqlədi - Bölgədə baş verənlər

Bu gün Serbiya Müdafiə Nazirliyi ordunun Kosovo ilə inzibati sərhədə təcili irəlilədiyini təsdiqləyib. Serbiya prezidenti Aleksandar Vuçiç NATO-nu serblərə qarşı zorakılığı dayandırmağa çağırıb.
 

Sfera.az xəbər verir ki, bu barədə Serbiyanın baş nazirinin müavini, müdafiə naziri Miloş Vuçeviç özünün “Twitter” səhifəsində yazıb.
 

“Serbiya Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Aleksandr Vuçiç Serbiya Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının ən yüksək səviyyəyə yüksəldilməsi haqqında fərman imzalayıb və onlara Kosovo və Metoxiya ilə inzibati xətt istiqamətində sürətlə irəliləməyi əmr edib"- Müdafiə naziri bildirib.
 

Milli televiziya Serbiya lideri, eyni zamanda ali baş komandan olan Aleksandr Vuçiçin Kosovodakı vəziyyətlə əlaqədar ölkə ordusunu maksimum hazırlıq vəziyyətinə gətirdiyini bildirib.


"Prezident Vuçiç Albin Kurti polisinin Zvecan, Zubin Potok və Leposaviçdə serb xalqına qarşı törətdiyi zorakılığa görə bu addımı atmağa qərar verib. O, həmçinin NATO-dan serblərə qarşı zorakılığı təcili dayandırmağa çağırıb".
 

Kosovoda nə baş verir?

KİV xəbər verir ki, mayın 26-da səhər saatlarında Kosovonun şimalında və Metohiyadakı üç bələdiyyədə iğtişaşlar baş verib.
 

Ondan çox Kosovo polisi ciplərlə Kosovska Mitrovitsa, Leposaviç, Zubin Potok və Zveçandakı yerli hökumət binalarına gəlib, bu bələdiyyələrin müvəqqəti hökumətlərində çalışan onlarla serb isə binaların girişində toplaşıb.
 

Zubin Potokda komandolar Serbiya Hökumətinin Müvəqqəti Bələdiyyə İdarəsinin yerləşdiyi bələdiyyə binasına “Kosovonun dövlətçiliyini simvolizə edən mavi və sarı bayraq asmaq” istəyiblər.
 

Günortadan bəri isə Leposaviçdə mobil rabitə yoxdur, Şimali Mitrovitsada sirenlər işə salınıb.
 

Kosovo polisi Zvecan bələdiyyəsinin binasına daxil olaraq gözyaşardıcı qaz və şok bombalarından istifadə edib. Həmçinin Kosovo polisinin xüsusi təyinatlılarının zirehli texnikası qəsəbəyə daxil olub. Toqquşmalar nəticəsində yaralananlar var.
 

Kosovo polis maşını və bir mülki avtomobil yandırılıb

 

Kosovo iğtişaşları tam ekran

Kosovo polisi Leposaviçdə bələdiyyə binasını mühasirəyə aldıqdan sonra serblər meriyanın düz qarşısında barrikada qurublar.
 

Xatırladaq ki, aprelin 12-də ABŞ-ın dezinformasiya ilə mübarizə üzrə xüsusi nümayəndəsi Ceyms Rubin Serbiya mediası vasitəsilə Rusiya təbliğatını Qərbi Balkanlar regionu üçün təhlükə adlandırıb.
 

Mart ayında Jamestown Foundation tədqiqat mərkəzi bildirmişdi ki, Wagner PMC muzdlularının hərəkətləri təkcə Afrika və Ukraynadakı əməliyyatlarla məhdudlaşmır. Onlar Serbiyadakı faşist tərəfdarı təşkilatlara da fəal sponsorluq edirlər.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...