Sədərəkdə güclü leysan: Sel keçdi...

Hadisə
20:00 / 26.05.2023
3554
Sədərək rayonuna güclü leysan yağıb, bəzi ərazilərdən sel keçib.
Sfera.az Report-a istinadən xəbər verir ki, son günlər Sədərək rayonunda da intensiv xarakterli yağışlı hava şəraiti müşahidə olunur.
Bir neçə saat öncə rayon ərazisinə yağan güclü leysan nəticəsində yaşayış məntəqələrinə, o cümlədən Sədərək kəndindən sel keçib.