Azərbaycanla Ermənistan iyulun 1-də sülh müqaviləsi imzalayacaq? - Açıqlama

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və prosesi ümumilikdə müsbət qiymətləndirmək olar”.
Sfera.az xəbər verir ki, bu fikri Ermənistan parlamentdə keçirdiyi brifinqdə hakim “Mülki müqavilə” partiyasının nümayəndəsi, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan səsləndirib.
Deputatın sözlərinə görə, sənəddə qarşılıqlı məqbul müddəalar yer alacaq:
"Müqavilə hökumət tərəfindən təsdiqlənməlidir, bundan sonra Konstitusiya Məhkəməsi orada təsbit olunmuş öhdəliklərin ölkənin əsas qanunlarına uyğun olub-olmadığını yoxlayacaq. Bundan sonra müqavilə Milli Assambleya tərəfindən ratifikasiya ediləcək, bundan sonra prezident ratifikasiya sənədini imzalamalıdır. Eyni proses Azərbaycanda da keçməlidir. Yalnız bütün bunlardan sonra müqavilə qüvvəyə minir".
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bildirib ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammitində sülh sazişi imzalaya bilərlər.
Əzizə