""Vaqner" Ukrayna savaşı üçün o ölkədən silah əldə edəcək" - ABŞ

““Vaqner”  muzdlu qrupu hərbi texnika əldə etmək cəhdlərini gizlətmək üçün Mali və digər Afrika ölkələri üzərindən fəaliyyət göstərə bilər”.

 

Sfera.az bildirir ki, bu barədə “BBC” nəşri ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Nazirliyin Xəzinədarlıq Departamenti qeyd edib ki, qrupun əməkdaşları müharibə üçün minalar, dronlar, radarlar və digər avadanlıqlar almağa cəhd edə bilərlər. Qurumun bəyanatında “Vaqner”in Mali rəhbəri İvan Maslova qarşı sanksiyalar da açıqlanıb.

 

"”Vaqner” qrupunun Afrika qitəsində mövcudluğu hər bir ölkə üçün sabitliyi pozan qüvvədir. Bu da qrupun resurslarını onların suveren ərazilərində yerləşdirməyə imkan verir", - ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib. Qurum həmçinin qeyd edib ki, muzdlu qrup Malidən Ukrayna savaşı üçün də silah əldə edə bilər: “Onlar bu əməliyyatlar üçün saxta sənədlərdən istifadə etməyə hazırdır”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR