Narkoloji Dispanserdəki rüşvət qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA
Cəmiyyət
17:30 / 26.05.2023
3095
Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosisal şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.
Sfera.az xəbər verir ki, bu barədə report-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
"Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək", - məlumatda qeyd edilib.