“Ukrayna dəstəyini itirə bilər” - Bloomberg

“Ukrayna sərhədlərindən kənarda döyüşmək qərarına gəlsə və ya təxribat qruplarının fəaliyyətinə dəstək versə, Qərbdəki müttəfiqlərinin dəstəyini itirmək riski ilə üzləşəcək”.
Sfera.az bildirir ki, bunu “Bloomberg”in köşə yazarı Andreas Klut deyib. O, qeyd edib ki, indiyədək Qərb ölkələri bütün yardımlarını ukraynalıların yalnız öz ərazilərinin mühafizəsini təmin etmələri üçün verib.
Klut fikirlərini bu cür davam etdirib: “Qərb NATO-nun Rusiya ilə III Dünya Müharibəsinə gətirib çıxara biləcək real münaqişəyə cəlb olunacağından qorxur”.
Qeyd edək ki, mayın 26-na keçən gecə Ukraynanın pilotsuz təyyarələri Rusiyanın Krasnodar şəhərinə hücum edib. Krasnodar meri Yevgeni Naumovun sözlərinə görə, hücum nəticəsində inzibati bina və yaşayış binalarından birinə ziyan dəyib.
Günay Rəsulqızı