FTB 40 illik sirri İFŞA ETDİ: “Onu öldürmək istəyirdilər”

FTB 40 illik sirri İFŞA ETDİ: “Onu öldürmək istəyirdilər”

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 40 illik sirri ifşa edib.

 

Sfera.az bildirir ki, yeni dərc olunan sənədlərə görə, Böyük Britaniyanın dünyasını dəyişmiş kraliçası II Elizabet 1983-cü ildə ABŞ-yə səfəri zamanı sui-qəsdlə üzləşib.

 

Belə ki, həmin zaman San-Fransiskoda İrlandiya barında müntəzəm işləyən zabit FTB-ni xəbərdar edib. Zabit bir şəxsin ona zəng etdiyini, Şimali İrlandiyada öldürülən qızının qisasını almaq istədiyini deyib. Təhdid 4 fevral 1983-cü ildə Kraliça II Elizabet  və onun əri şahzadə Filipin Kaliforniyaya səfərindən təxminən bir ay əvvəl gəlib.

 

Sənədə görə, sözügedən şəxs kraliçaya əşya ataraq ona zərər verməyə, ya da “Yosemite” Milli Parkını ziyarət edərkən onu öldürməyə çalışacaqdı. Hədə dolu zəngdən sonra hansı ehtiyat tədbirlərinin görüldüyü bəlli olmasa da, kraliçanın səfəri planlaşdırıldığı kimi davam edib. FTB tərəfindən saxlanılanların təfərrüatları açıqlanmayıb.

 

102 səhifəlik sənəd FTB-nin informasiya saytı olan “Vault”a yüklənib. Qurum həmçinin “NBC News” bildirib ki, bu həftə yayımlananlarla yanaşı, əlavə sənədlər də ola bilər. Lakin onların dərc olunma tarixi açıqlanmayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR