Yeni iş yerlərinin 82 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Azərbaycanda 2023-cü ilin birinci rübündə yeni iş yerlərinin təxminən 82 faizi Bakıda açılıb.
Sfera.az rəsmi məlumatlara əsasən xəbər verir ki, birinci rübdə 17 886 yeni iş yeri yaradılıb.
Bu iş yerlərinin 14 657-si Bakıda, 412-si Sumqayıtda, 382-si Abşeron rayonunda, 228-i Gəncədə, 207-si Şabran rayonunda, 181-i Mingəçevirdə, 131-i Qəbələ rayonunda, 112-si Quba rayonunda, 111-i Naxçıvan şəhərində, 108-i Şirvanda yaradılıb.
Ən az iş yeri Qubadlı (1 iş yeri), Zəngilan (1), Ucar (1), Salyan (2) rayonlarında açılıb. Naftalanda, Şahbuz, Sədərək, Ordubad, Culfa, Lerik, Ağdam rayonlarında isə yeni iş yeri açılmayıb.
Bakıda daha çox iş yeri Nərimanov rayonunda yaradılıb. Burada 3 ayda 3 276 iş yeri açılıb. Nəsimidə 2 202, Binəqədidə 1 755, Xətaidə 1 649 iş yeri yaradılıb.
Pirallahıda isə cəmi 2 iş yeri açılıb.
Vasif