Ukrayna PUA-ları Krasnodarı vurdu

Dünya
13:26 / 26.05.2023
2377
Mayın 26-na keçən gecə Ukraynanın pilotsuz təyyarələri Rusiyanın Krasnodar şəhərinə hücum edib.
Sfera.az xəbər verir ki, aparat inzibati binaya çırpıldıqdan sonra partlayıb. Əməliyyat qərargahı şəhərdə baş verən partlayışı təsdiqləyib.
Krasnodar meri Yevgeni Naumovun sözlərinə görə, hücum nəticəsində inzibati bina və yaşayış binalarından birinə ziyan dəyib.
“Qarajnaya küçəsi 77/1 ünvanında yerləşən 5 mərtəbəli binanın şüşələri qismən sındırılıb. Bundan başqa, yaxınlıqdakı fərdi yaşayış evinin dam örtüyünə də ziyan dəyib".
İnci