Azərbaycanda özəl pensiya fondları yaradıla bilər? - AÇIQLAMA

Azərbaycanda özəl pensiya fondları yaradıla bilər? - AÇIQLAMA

Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr intensivləşib. Bu istiqamətdə normativ hüquqi sənədlər hazırlanıb.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı Eldəniz Əmirov deyib ki, ölkədə özəl pensiya fondlarının yaradılması çətin deyil:

 

“Lazımi normativ hüquqi sənəd layihələri hazırlanır, müvafiq prosedurlar icra edilir və fond yaradılır. Çətin olan bu fondun özünü doğrultmasıdır. Ona görə də 10 ildir ki, müxtəlif vaxtlarda bu mövzu gündəmə gəlir və bir az sonra donur.  Bu fondun uğurlu fəaliyyəti üçün tam başqa iqtisadi şərait lazımdır. Əgər ölkədə açılan müəssisələr bir neçə il sonra bağlanmırsa, investisiyaların ROİ indeksi yuxarıdırsa –investora ciddi gəlir gətirirsə, o zaman özəl pensiya fondu yaradıla,  doğru idarə edilərsə, böyük uğur qazana bilər. Yalnız vətəndaş bu halda öz əlləri ilə bu gün fonda qoyduğu pulu 40-45 il sonra faizlə bərabər, problemsiz şəkildə pensiya kimi alacağına əmin olar”.

 

Ekspert düşünür ki, özəl pensiya fondu üçün bir az da gözləmək lazımdır:

 

“Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi prosesinin nəticələri özəl pensiya fondunun özünü necə aparacağı ilə bağlı bir sıra suallara cavab tapmağa kömək edəcək. Əgər sərbəst vəsaitlər dövlət fonduna gəlir gətirərsə və davamlı müsbət dinamika izlənərsə, o zaman özəl pensiya fondları haqqında daha ürəklə danışmaq olar”.

 

Türkan 
 


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...