Uçuş zamanı təyyarənin qapısı açıldı - VİDEO

Uçuş zamanı təyyarənin qapısı açıldı - VİDEO

Cənubi Koreyanın “Asiana Airlines” aviaşirkətinə məxsus təyyarə ölkənin Daegu şəhərinə uçuş həyata keçirərkən insident yaşanıb. 

 

Sfera.az xəbər verir ki, təyyarənin havada olarkən qapısı açılıb. Hadisə hava limanına yaxın məsafədə qeydə alınıb. 

 

Pilotlar təyyarəni uğurla yerə endirməyə nail olub. Ciddi xəsarət alan olmasa da, 9 nəfər tənəffüs problemləri ilə bağlı xəstəxanaya yerləşdirilib. Aviaşirkət nümayəndəsi qapının hansı səbəbdən açılması ilə bağlı araşdırma aparıldığını bildirib. 

 

Ümumilikdə təyyarədə 194 sərnişin olub.

 

 

Qafqazinfo


OXŞAR XƏBƏRLƏR