Maskın beyin çipi layihəsi insan üzərində sınanacaq – Rəsmi icazə alındı

Maskın beyin çipi layihəsi insan üzərində sınanacaq – Rəsmi icazə alındı

ABŞ-li iş adamı İlon Maska məxsus “Neuralink” firması beyin çipi layihəsini insanlar üzərində sınaqdan keçirməyə başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə aldığını açıqlayıb.


Sfera.az xəbər verir ki, BBC-nin xəbərinə görə, “Neuralink” sosial media hesabında beyin çipi layihəsinin FDA tərəfindən təsdiqlənməsini "bir gün çox insana kömək edəcək mühüm addım" kimi şərh edib.


Açıqlamada, eksperimental mərhələ üçün müraciətlərə bir müddət sonra başlanılacağı bildirilib.


Layihəyə əsasən, insan beyninə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluqdan əziyyət çəkən şəxsləri müalicə etmək, əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkün olacaq.


Daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla analiz edərək cihazlara ötürdüyü müəyyənləşib.


Mütəxəssislər isə xəbərdarlıq edir ki, “Neuralink”ın beyin implantları ilə bağlı ilkin tədqiqatlar mümkün texniki və təhlükəsizlik problemləri nəzərə alınmaqla daha diqqətlə və əhatəli şəkildə aparılmalıdır.


Vasif

 


OXŞAR XƏBƏRLƏR