“Putin başa düşməlidir ki, cəbhə xəttini ..." - Almaniya kanslerindən Rusiya liderinə ÇAĞIRIŞ

Almaniya kansleri Olaf Şolts Putinlə danışıqlar aparmağı planlaşdırır.
Sfera.az bildirir ki, bu barədə o, “Kolner Stadt-Anzeiger” qəzetinə verdiyi müsahibədə danışıb.
Belə ki, Olaf Şoltsdan Rusiya prezidenti ilə əlaqə saxlayıb-saxlamadığı soruşulub. Kansler “son telefon zəngi bir müddət əvvəl olub. Ancaq mən Putinlə vaxtında danışmağı planlaşdırıram" deyib.
Münaqişənin danışıqlar yolu ilə dayandırılması perspektivi ilə bağlı sualı cavablandıran Şolts fikirlərini bu cür ifadə edib:
“Putin başa düşməlidir ki, “bir növ soyuq sülh”lə müharibəyə son qoymaq olmaz. Məsələn, indiki cəbhə xəttini Rusiya və Ukrayna arasında yeni “sərhəd”ə çevirməklə..Əksinə, söhbət ədalətli sülhdən gedir və bunun üçün ilkin şərt Rusiya qoşunlarının çıxarılmasıdır”.
Qeyd edək ki, liderlər sonuncu dəfə dekabrın əvvəlində telefonla danışıblar.
Günay Rəsulqızı