Göygöldə sel 22 yaşlı gənci apardı

Hadisə
07:47 / 26.05.2023
4690
Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirib ki, hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir.