Nazirin dəbdəbəli yeməklərini ələ salan şəxs həbs edilib - VİDEO

Vyetnamda yüksək rütbəli dövlət məmurunu ələ saldığı iddia edilən əriştə satan 39 yaşlı Bui Tuan Lam 5 il yarım müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlət əleyhinə təbliğatda təqsirli bilib.
Sfera.az bildirir ki, Bui Tuan Lam məşhur aşpazın restoranında qızılla örtülmüş bifşteks yeyərkən yaxalanan Vyetnam məmurunu əks etdirən video yayımlayıb. Həmin şəxs Nusret Gökçeni parodiya edib və dövlət əleyhinə təbliğat aparmaqda ittiham olunub.
Video 2021-ci ilin noyabrında yüksək rütbəli bir Vyetnam məmurunun məşhur türk aşpazı Nusret Gökçe tərəfindən London restoranında qızılı ilə örtülmüş steyk yeyərkən internetdə yayılıb. Təqsirləndirilən şəxs bu aşpazı öz müəssisəsində parodiya edib.
Da Nang Polis İdarəsi bir günlük məhkəmə prosesindən sonra bildirib ki, Lam dövlət əleyhinə məlumat, sənədlər və əşyalar hazırlamaq, saxlamaq və yaymaqda təqsirli bilinib.
KİV qeyd edir ki, həmin şəxs Vyetnamda açıq şəkildə demokratiyanı müdafiə edib və bir çox anti-Çin və ekoloji etirazlarda iştirak edib.
Aysel
Sfera.az