Çinli hakerlər ABŞ rabitə infrastrukturu və mediasına müdaxilə etdi

Çinin dəstəklədiyi hakerlər ABŞ-da telekommunikasiya şirkətlərindən tutmuş nəqliyyat mərkəzlərinə qədər əsas infrastruktur təşkilatlarında casusluq edir.
Sfera.az bildirir ki, bu barədə Qərb kəşfiyyat xidmətləri və Microsoft korporasiyası məlumat verib.
Kibercasuslar mühüm hərbi obyektlərin yerləşdiyi Quam adasındakı təşkilatların məlumatlarını sındırmağa cəhd ediblər. Analitiklərin fikrincə, bu, Çinin ən böyük kiber-casus kampaniyalarından biridir.
Nə qədər təşkilatın zərər çəkdiyi hələlik məlum deyil. ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Kanada, Yeni Zelandiya, Avstraliya və Böyük Britaniya ilə sızmaların müəyyən edilməsi üzərində işləyir.
“Microsoft” şirkəti Çinin “Volt Typhoon” qrupunun hücumlarında iştirakdan danışır. Hakerlər mümkün böhran vəziyyətlərində ABŞ və Asiya arasında mühüm kommunikasiya infrastrukturunu pozmağa çalışırlar.
“Google Mandiant Intelligence”in kibertəhlükə təhlilinin rəhbəri Con Hultqvist bildirib ki, Çinin fəaliyyətləri narahatlıq doğurur, çünki qrupun nəyə qadir ola biləcəyi barədə dəqiq təsəvvürləri yoxdur.
Ekspertlər Pekinin Tayvanı işğalı zamanı çinli hakerlərin ABŞ hərbi şəbəkələrinə və digər kritik infrastrukturlarına hücumlarını gözləyirlər.
Microsoft qeyd edir ki, Çin haker qrupu 2021-ci ildən fəaliyyət göstərir. Onlar rabitə, istehsal, kommunal xidmətlər, nəqliyyat, tikinti, gəmiçilik, hökumət, İT və təhsil hədəflərinə hücum edirlər.
NSA kibertəhlükəsizlik direktoru Rob Coys bildirib ki, təcavüzkarlar ABŞ-ın müdafiəsini keçmək və izlərini örtmək üçün daxili şəbəkə vasitələrindən istifadə edirlər.
Amerikalı haker Cozef Ceyms O'Konnor Elon Mask, Bill Qeyts, Kanye Uest və Barak Obamanın hesablarını sındıra bilib. Kibermütəxəssis İspaniyada saxlanılıb və ABŞ-a deportasiya edilib.
Aysel
Sfera.az