Ali Məhkəmədə media rəhbərləri ilə görüş keçirildi

Ali Məhkəmədə media rəhbərləri ilə görüş keçirildi

Ali Məhkəmədə “Femida Dialoq Platforması” çərçivəsində media orqanlarının rəhbərləri ilə görüş keçirilib.

 

Sfera.az xəbər verir ki, Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, Ali Məhkəmə ictimaiyyətlə əlaqələri genişləndirmək istiqamətində səy göstərir və məhkəmə fəaliyyətinin ictimaiyyətə düzgün çatdırılmasında media önəmli funksiyanı yerinə yetirir. Bu baxımdan media qurumlarından gözləntilər böyükdür.

 

Qeyd edilib ki, Ali Məhkəmə jurnalistlərin təlim-tədris proqramlarına cəlb edilməklə məhkəmə sahəsində ixtisaslaşmalarına hər cür dəstək göstərməyə hazırdır. İnam Kərimov peşəkar ixtisaslaşmış jurnalistikanın məhkəmə müstəqilliyinin gücləndirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə böyük töhfə verəcəyini vurğulayıb.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz azadlığnın təmin edilməsinin bariz sübutudur. Əhməd İsmayılov media sahəsində islahatların əsas məqsədinin media mühitinin sağlamlaşdırılmasına və keyfiyyətli xəbər istehsalının dəstəklənməsinə yönəldiyini qeyd edib.

 



OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...