“Rusiya hər şeyi edir ki...” - Artur Hovhannisyan

Ermənistanın müdafiə naziri Suren Papikyanın KTMT-nin Müdafiə Nazirləri Şurasının sessiyasında iştirak etmək üçün Minskə getməməsinin səbəbi bəlli olub.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, deputat Artur Hovhannisyanın sözlərinə görə, nazir Ermənistan hökumətinin iclasında iştirak etdiyi üçün Belarusa gedə bilməyib.
“Suren Papikyanın Minsk sessiyasında iştirak etməməsinin Ermənistan-KTMT münasibətlərinə heç bir aidiyyəti yoxdur, detalları bilmirəm. Əminəm ki, burada heç bir məsələ yoxdur. Bu, KTMT strukturuna mütləq münasibət deyil. KTMT-dən çıxmaq üçün heç bir proses yoxdur”, - deputat deyib.
Eyni zamanda deputat iddia edib ki, ABŞ tərəfdaşları regionda sülhün bərqərar olmasında kifayət qədər maraqlıdırlar.
“Biz tərəfdaşlarımızla çox intensiv əməkdaşlıq edirik. Rusiya hər şeyi edir ki, sülh müqaviləsini ən qısa zamanda imzalaya bilək. Rusiya Federasiyası tərəfindən Dağlıq Qarabağ məsələsinin həllini nəsillərə buraxmaq, yəni status-kvonu saxlamaq təklifi var idi. Biz açıq şəkildə razılaşdıq, ondan sonra Rusiya öz iddiasını yerinə yetirə bilmədi", - deyə Artur Hovhannisyan bildirib.
İnci