İbrahim Tatlıses nəvəsini buna görə məhkəməyə verdi - MARAQLI SƏBƏB

İbrahim Tatlıses nəvəsini buna görə məhkəməyə verdi - MARAQLI SƏBƏB

Türkiyəli müğənni İbrahim Tatlıses nəvəsi ilə məhkəməlik olub.

 

Sfera.az bildirir ki, sənətçi bir müddətdir küsülü olduğu oğlu Ahmetin övladına qarşı iddia irəli sürüb.

 

Belə ki, o, nəvəsi Mert Tatlısəsin 5 ildir, Sarıyer Oyakdakı mənzilində razılığı olmadan qaldığını deyib. İstanbul Asliye Məhkəməsində açılan iddiada müğənninin vəkili Yağız Karadenizli bunları söyləyib:

 

“Müvəkkilim İbrahim Tatlıses sağlamlığına qovuşduqdan sonra İzmirdə məskunlaşıb. Bu prosesdə o, sözügedən daşınmaz əmlakın nəvəsi Mert Tatlıses tərəfindən zəbt etdildiyindən xəbərsiz idi. O, qızı Dilan Çıtak Tatlısesin bu evdə yaşamasını istəyirdi. Lakin evdə Mertin olduğunu öyrənib”.

 

Məhkəmə işin birinci iclasında mənzildə araşdırma aparılmasına qərar verib.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR