Türkiyənin ikinci tur seçkiləri üçün xaricdə səsvermə bitdi - YSK

Türkiyənin ikinci tur seçkiləri üçün xaricdə səsvermə bitdi - YSK

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident seçkilərində ikinci tur üçün səsverməsi başa çatıb. 


Sfera.az Türkiyə Yüksək Seçki Qurumuna (YSK) istinadən xəbər verir ki, xarici nümayəndəlik və gömrüklərdə 1 milyon 889 min 398 seçici səs verib. 


Gömrük qapılarında səsvermə isə mayın 28-dək davam edəcək.


YSK-nın məlumatına əsasən, mayın 14-də keçirilən ilk turla müqayisədə səsvermədə iştirak edən seçicilərin sayı artıb. Mayın 14-də 1 milyon 691 min 287 səs vermişdi. Müqayisə göstərir ki, ikinci turda səs verən seçicilərin sayı 198 min nəfər artıb. 

 

Xatırladaq ki, ilk turda Prezident Rəcəb Tayyib Ərdoğan xaricdəki səslərin 57,5 faizini almışdı. Digər əsas namizəd Kamal Kılıçdaroğlu isə 39,6 faiz səslə birinci turu tamamlayıb.


Vasif


OXŞAR XƏBƏRLƏR