Rusiya aktivlərindən əldə edilən gəlirlər Ukraynaya veriləcək - “Financial Times”

Avropa İttifaqı (Aİ) sanksiyalarla əlaqədar dondurulan milyardlarla avro dəyərindəki Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya vermək istəyir.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Financial Times” öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, mayın 24-də ilk müzakirə təşkil edilib. Rəsmilər Rusiyanın “Euroclear”dakı (Belçikada yerləşən maliyyə xidmətləri şirkəti – red.) aktivlərindən əldə edilən faizlərin Ukraynaya köçürülməsi variantlarını nəzərdən keçirib.
“Financial Times”ın məlumatına görə bu addım aktivlərin özgəninkiləşdirilməsinə gətirib çıxarmayacaq. Aktivlərin sahibi yenə də Rusiya olacaq. Amma bu aktivlərdən əldə edilən gəlirlər Ukraynaya veriləcək.
Belçika hökumətinin məlumatına görə, Rusiyanın sanksiyalara görə “Euroclear”da 196,6 milyard avro dəyərində aktivləri dondurulub. Bunun da 180 milyard avrosu Rusiya mərkəzi bankının aktivləridir. “Euroclear” bu vəsaitlərə görə Rusiyaya davamlı divident ödəyirdi. Aİ rəsmiləri əldə edilən gəlirin Ukraynaya göndərməyi planlaşdırır.
Nəşrə danışan rəsmi şəxs bildrib ki, bu təcrübə sadəcə “Euroclear”dan əldə edilən gəlirlərə şamil olunmayacaq. Rusiyaya məxsus olan və gəlir gətirən bütün aktivlər üzrə dividentlərin Ukraynaya verilməsi planlaşdırılır.
Vasif