"Zelenski Ukraynanın bir hissəsini bu dövlətə...” - ŞOK İDDİA

“Zelenski bu gün Varşavada Bankovadan (Prezident Ofisinin yerləşdiyi küçədə - red.) daha çox vaxt keçirir”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva deyib.

 

O, bu barədə “Telegram” hesabında paylaşım edib. 

 

“Qərbi Ukraynanın bir hissəsinin Polşanın nəzarətinə keçməsi üçün aktiv iş aparılır. Hər iki tərəfin razılaşmağa çalışdığı məsələ bir neçə rayonun taleyidir: Məsələn, Jitomir və Vinnitsa. Zelenski həqiqətən də onların ərazi baxımından yeni ittifaqa daxil edilməsini istəyir”, - Kiva əlavə edib.

 

O bildirib ki, buna baxmayaraq, Polşa artıq aqressiv əhali ilə bağlı riskləri və əraziləri millətçilərdən təmizləmək üçün görəcəyi işlərin həcmini bilir: “Sözügedən addım atılarsa, bu, Moskva ilə münaqişənin kəskinləşməsinə yol açacaq. O cümlədən, bu,  əlavə 2 milyon lazımsız insan deməkdir”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR