Castin Timberleyk həyat yoldaşına yenidən evlənmək təklifi etdi - FOTOLAR

Castin Timberleyk həyat yoldaşına yenidən evlənmək təklifi etdi - FOTOLAR

“Emmi” mükafatına namizəd Cessika Biel instaqram hesabında paylaşdığı qolf meydançası fotosunda əri, 10 dəfə “Qremmi” mükafatçısı Castin Timberleykə “sevgilim” deyib.
 

Şərhlərdə amerikalı musiqiçi bu cümləni təkrarlayıb: "Bilirəm ki, bu, çılğın səslənir, amma mənimlə evlənərsən?"
 

Sfera.az bildirir ki, cütlük Hollivudun ən uzunmüddətli ulduz ailələrindən biri hesab olunur.
 

Amerikalı aktrisa və müğənni 2012-ci ildə İtaliyada ailə qurub. Üç il sonra ulduz cütlüyün ilk övladı - Silas Randal dünyaya gəlib. 2022-ci ilin yayında Timberleyk və Beal ikinci dəfə valideyn olub; cütlüyün Phineas adlı daha bir oğlu doğulub.
 

İlk dəfə olaraq 2007-ci ildə məşhurlar arasındakı romantik münasibətlərdən danışmağa başlanılıb. Bundan əvvəl Castin Timberleykin ən diqqət çəkən münasibətlərindən biri Britni Spirslə olub.
 

Xatırladaq ki, Castin Timberleyk Analar Günü şərəfinə həyat yoldaşı və uşaqları ilə nadir fotolar paylaşıb.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR